22 dekabr 2010 01:47

Hakimlər Komitəsinin menyusuna

Premyer Liqanın cari mövsümündə də hakimliyin səviyyəsi geniş müzakirə mövzusudu. Azerisport.az xəbər verir ki, demək olar az qala hər turdan sonra AFFA Hakimlər Komitəsi gizli-gizlin bir hakimi cəzalandırır. Lakin təəssüflər olsun ki, vəziyyət yaxşılığa doğru dəyişmək bilmir ki, bilmir.
 
Təsəvvür edin, vəziyyət o dərəcədə acınacaqlıdı ki, hətta AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev də saytımıza verdiyi son müsahibəsində ədalət təmsilçilərinin işinə kifayət qədər ciddi toxunaraq, onları öz işlərinə diqqətli yanaşmağa çağırmışdı: “Mütəmadi olaraq hakimlik ətrafında baş verənlər onların xeyrinə deyil. Əgər Azərbaycan futbolunun tərəqqisini istəyiriksə, biz sağlam rəqabət qurmalıyıq”.
 
AFFA rəsmisinin söhbətin davamında dediyi aşağıdakı fikirlər isə, hətta futbol qurumunun özündə də hakimlikdən nə dərəcədə narazı qalındığı aşkar hiss olunurdu: “Hazırda hakimlər ətrafında baş verən təzyiqlər bizi narahat edir. Belə deyək, tam razı deyiləm. Hər dəfə hakimlik keyfiyyətinin yaxşılaşdırmasına kömək edirik. UEFA xətti ilə müxtəlif seminarlar keçiririk. Hakimlər öz toplanışlarını Türkiyədə keçirirlər. Ümumilikdə onlara maddi tərəfdən də bütün imkanlar yaradılıb. Əvvəllər bir oyuna 200 manat alırdılar. İndi isə 90 dəqiqəyə 800 manat alırlar. Onlar öz intizamını yaxşılaşdırmalıdırlar. Xaqani Məmmədov və Gülağa Cabbarov əvvəllər mənə deyirdilər ki, hakimlər yoxdur, biz gənclər üzərində işləyirik. Əzizlərim, artıq beş il ötüb, hanı bu hakimlər? Biz nə görürük? Azərbaycan çempionatı ən yaxşı komandanı müəyyən etməlidir. Ancaq hakimlərin bəzi qərarları komandaların futbol oynamaq arzusunu öldürür”.
 
Bəli, hakimlik bu gün sadəcə azarkeşlər və klublar səviyyəsində narazılıq doğurmur. Qurumun vitse-prezidenti özü də etiraf edir ki, hakimlər üçün əllərindən gələn hər şariti yaratmalarına rəğmən, onlardan gözlədiklərini ala bilmirlər. Yüksək məvacib, hərtərəfli şərait, qayğı. Ədalət təmsilçilərimizin bu dərəcədə danışıqsız, problemsiz idarəçiliyi üçün başqa nə lazım ola bilər ki?
 
Olmaya azərbaycanlı hakimlər birdən-birə belə çoxlu məvacib aldıqları, ciddi cəzalara tuş gəlmədiyi üçün belə arxayınlaşıblar, öz işlərinə daha məsuliyyətlə yanaşmaq istəmirlər? Axı hansısa qarşılaşmada buraxılan kobud səhvdən sonra onlara verilən 1 və ya oyunluq cəza heç də ciddi tərbiyəvi əhəmiyyət daşımaya da bilər. Odu ki, Xaqani Məmmədov başda olmaqla Hakimlər Komitəsi mütləq hakimlərimizdəki bu arxayınlıq amilini aradan qaldırmalıdı.
 
Bunun üçün cəzaların ən azı dövrəlik və mövsümlük olması heç də pis olmazdı. Və ya daha ciddi tərbiyəvi üsul kimi xaricdən hakimlərin dəvət edilməsi variantına da baxmaq olar. Ən azı dilimiz, dinimiz bir olan qardaş Türkiyənin ədalət təmsilçilərinin xidmətindən yararlanmaq olar. HK sədri belə təklifləri nə qədər yaxına buraxmasa da, hər halda bundan müəyyən qədər fayda götürməsi mümkündü.
 
Aydın məsələdi ki, bununla qurum ilk növbədə prinsipial qarşılaşmalarda klubların hakimliklə bağlı narazılıqlarından müəyyən mənada canını qurtarmış olacaq. Hansı ki, az qala hər oyundan sonra HK-ni tənqid edən `Xəzər Lənkəran` rəsmiləri də Türkiyədən hakim dəvət edilməsinin tərəfdarı olduqlarını gizlətmirlər. Yəqin ki, elə çempionluq və mükafatlar uğrunda mübarizə aparan digər klublarımız da neytral hakimliyin əleyhinə çıxmazlar.
 
Bununla isə HK həm də digər tərəfdən yerli hakimləri cəsarətə gətirə bilər. O mənada ki, hər halda bizim hakimlər də artıq məhz Rauf Əliyevin dediyi kimi əsl rəqabətin dadını hiss etmiş olarlar. İnandırıcı görünmür ki, kənar hakimlərin (lap qardaş ölkədən olmalarına rəğmən) gəlib burda fit çalması bizim referilərin öz üzərlərində daha çox işləməsinə, işlərinə bir qədər də məsuliyyətlə yanaşmalarına təkan verməmiş olsun. Hər halda Xaqani Məmmədov daşı ətəyindən töküb, bu variantı sınaqdan keçirsə, heç də itirməz. Əksinə, hər tərəfdən yönələn tənqidlərdən bəlkə az da olsa yaxa qurtarmış olar...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.