22 dekabr 2010 02:53
`Barcelona` kubokdakı taleyini doğma meydanda həll edə bilmədi
İspaniya kubokunda 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. `Barcelona` doğma meydanda `Athletic`lə ilk oyunda qolsuz heç-heçəyə razılaşıb. Kataloniya klubunun səfər matçında növbəti mərhələyə vəsiqə qazanıb-qazanmayacağı maraqla gözlənilir.
Elə günün digər görüşləri də heç-heçə başa çatıb. `Valencia` – `Villarreal` duelində də tərəflər qol susqunluğunu poza bilməyiblər. Yalnız `Deportivo` `Cordoba` ilə səfər oyunundan sərfəli 1:1 hesabıyla dönməyi bacarıb.
İspaniya kuboku
1/8 final (ilk oyunlar)
21 dekabr
Barcelona - Athletic – 0:0
Cordoba – Deportivo – 1:1
Valencia – Villarreal – 0:0
22 dekabr
23:00. Almeria - Mallorca
23:00. Atletico - Espanyol
23:00. Real (Betis) - Getafe
23:00. Sevilla - Malaga
01:00. Real (Madrid) - Levante
