22 dekabr 2010 15:26

Foqtsun anlaşılmaz yeni il heyəti

Bu gün milli komandamızın yeni heyəti müəyyənləşdi. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts 2011-ci ildə təşkil olunacaq ilk toplanışa artıq indidən 27 futbolçu dəvət etdiyini açıqladı.
 
Yanvarın 27-dən fevralın 10-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq təlim-məşq toplanışı və yoldaşlıq oyunlarına aparılacaq heyəti, eləcə də ehtiyat kimi nəzərdə tutulan 7 futbolçunu sizlərə təqdim etmişdik. Bu dəfə isə bir sıra maraqlı nüanslar var ki, məhz onlara diqqət yetirməyə çalışacağıq.
 
Təbii ki, Foqtsun yeni siyahısında həm gözlənilən, həm də gözlənilməz adlar var. Həmçinin onun, yığmaya çağırılması gözlənilən bəzi futbolçuları kənarda qoyması da müzakirə mövzusu ola bilər. Bu mənada son iki toplanışa dəvət olunmasına baxmayaraq, hər dəfə zədə səbəbindən bunu dəyərləndirə bilməyən Branimir Subaşiçə yeni siyahıda ümumiyyətlə yer verilməməsi xüsusi vurğulana bilər.
 
Bundan əlavə bir müddət öncə `Neftçi`nin transferə çıxardığı Fərid Quliyev də millinin yeni ildəki toplanışından kənarda qalacaq. Halbuki, almaniyalı mütəxəssis hücumçu qıtlığı ucbatından son dövrlər ona az güvənmirdi. Çempionatın liderlərindən olan paytaxt klubunun daha bir gənc oyunçusunun – Araz Abdullayevin də ümumiyyətlə kənarda qalması sual doğurur. Çox güman ki, Foqts bu oyunçunun da son dövrlər əsas heyətdə az görünməsinə görə belə qərar qəbul edib. Ruslan Əmircanovla Cavid İmamverdiyev isə ehtiyat heyətdə saxlanılıb və onlar da Dubaya aparılmayacaq.
 
`Qarabağ`ın bir neçə üzvünun kənarda qalması da ciddi maraq doğuran məqamlardandı. Bu, təbii ki, Ağdam klubu rəhbərliyinin oyunçularını millinin toplanışlarına buraxmaqla bağlı narazılıqlarından qaynaqlanmır. Ən azı ona görə ki, `Qarabağ` yenə Dubaya gedəcək milliyə ən çox (5) futbolçu verən komanda kimi diqqət çəkir. Sadəcə qapıçı Fərhad Vəliyevin ehtiyat heyətdə saxlanılıb, Dubaya aparılmaması, bu komandanın aparıcı orta sahə oyunçularından Rəşad Sadiqovun ümumiyyətlə Fotqs tərəfindən dəvət almaması marağa səbəb olur. Hələ zədəsini sağaldaraq, yenidən yaşıl meydanlara qayıdan Samir Abasovu demirik.
 
Lakin Foqtsun bu və adlarını çəkmədiyimiz bəzi başqa futbolçuların əvəzində yığma komandamıza bəzi yeni futbolçular cəlb edib, onlara yeni ildəki yoldaşlıq görüşlərində şans vermək istəməsi də xüsusi vurğulanmalıdı. Məsələn, almaniyalı mütəxəssis birinci divizion klubunda (Abşeron) top qovmasına rəğmən, gənc qapıçı Andrey Popoviçə şans verib. `Qəbələ`dən Arif İsayevin, `Gəncə`dən Samir Zərgərovun, `Bakı`dan Əziz Quliyevin, `Muğan`dan Elnur Abdullayevin, həmçinin klubsuz Murad Hüseynovun ilk dəfə milli formada meydana çıxmaq imkanı qazanması da diqqətçəkən məqamlardandı.
 
Sonda yeni ildəki ilk heyətə futbolçu verən klubların balansına da xüsusi diqqət yetirmək pis olmazdı. Yuxarıda da qeyd etdiyimiz kimi, `Qarabağ` Dubaya gedəcək heyətdə ən çox oyunçuyla təmsil olunan komanda olacaq. Hələ ehtiyat heyətdə də bir oyunçusu olan Ağdam klubuyla bu baxımdan `Neftçi` rəqabət apara bilər ki, bu komanda BƏƏ-yə 4-nü göndərəcəyi halda, iki futbolçusu da ehtiyatdadı.
 
`Neftçi` kimi, `Bakı` da millidə 4 futbolçuyla təmsil olunacaq. Sadəcə ehtiyat heyətdə 1 oyunçusu olan “zolaqlılar”ın vaxtilə yaxşı çıxış etdiyi dövrdən fərqli, indi Berti Foqtsun diqqətini daha çox cəlb etməsi absurd görünür. Vaxt var idi ki, bu komanda daha yaxşı təsir bağışladığı dövrdə almaniyalı sadəcə Luis Ramimə güvənirdi. Təsadüfi hallarda da Cəmşid Məhərrəmova, Bəxtiyar Soltanova bel bağlayırdı. İndi isə paytaxt klubu heç “altılığ”a düşə bilmir, ən çətin günlərini yaşayır, Foqts isə bu komandanın futbolçularına üstünlük verir. Hər halda təəccüb doğurmaya bilməz.
 
Əvəzində Premyer Liqanın ən güclü 3 komandasından biri olan AZAL-dan heç kimin olmaması diqqət çəkir. Bu komandadan yalnız Aqil Nəbiyev Berti Foqtsun diqqətini çəkib ki, o da Dubaya aparılan yox, ehtiyat heyətdə göstərilib.
 
Bu və digər maraqlı məqamları hər halda aşağıdakı siyahıdan da görə bilərsiz:
 
Qarabağ – 5 (1 oyunçusu ehtiyatda)
Neftçi – 4 (2 oyunçusu ehtiyatda)
Bakı – 4 (1 oyunçusu ehtiyatda)
Xəzər – 3
İnter – 2 (2 oyunçusu ehtiyatda)
Qəbələ - 2
Abşeron – 1
Eskişehirspor – 1
Turan – 1
Anji – 1
Muğan – 1
Klubsuz -1
Gəncə - 1
AZAL – (yalnız ehtiyat heyətdə 1 oyunçusu var)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.