22 dekabr 2010 16:38

Fərhad Vəliyev: Lənkərandan bir xalla dönməyimiz də pis olmazdı

Azərbaycan milli komandasının və `Qarabağ`ın qapıçısı Fərhad Vəliyev azerisport.az saytının suallarını cavablayıb.
 
- Lənkərana oyundan iki gün öncə yollanmısız. Bu nəylə bağlıdı?
- Bu o deməkdi ki, biz `Xəzər Lənkəran`la oyunun əhəmiyyətini yaxşı başa düşürük. Biz artıq oyunöncəsi son məşqimizi etmişik. Hazırda ölkə ərazisindəki hava şəraiti də futbol oynamaq üçün əlverişlidi. Komandadakı əhval-ruhiyyə də yaxşıdı.
 
- Sonuncu dəfə `Qarabağ` Lənkəranda 2008/09 mövsümündə qələbə qazanıb (3:1). Ondan sonrakı 3 oyunda isə bu sizə nəsib olmur...
- Lənkərana səfər təkcə bizim üçün çətin xarakter daşımır. Uduzmamağa çalışacağıq. Avrokuboklardan sonra biz ilk dəfə böyük azarkeş ordusu qarşısında oyuna çıxacağıq. Baxmayaraq ki, onların hamısı bizim məğlubiyyətimizi istəyəcək, amma yenə onların qarşısında futbol oynamaq xoş olacaq.
 
- Sizin uduzmamaq cəhdləriniz o deməkdi ki, komanda heç-heçəyə köklənib?
- Düşünürəm ki, evə bir xalla dönməyimiz də pis olmazdı. Ancaq bu o demək deyil ki, qapımızın ağzında oturacağıq. Heç-heçə bizi qane edəcək son variantdı. Bizə vəziyyətimizi daha da yaxşılaşdırmaq lazımdı.
 
- `Bakı`nın hazırkı durumunu nəzərə alsaq, siz heç də dilxor olmamalısız.
- Biz bu haqda düşünmürük. Paytaxt klubu dərhal yüksəlişə də keçə bilər. Qarşıda cəmi 4 tur var. Digər tərəfdən bizim qarşımıza heç də yalnız “altılığ”a düşmək vəzifəsi qoyulmayıb. Həm də turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmalıyıq.
 
- Gözləyirdinizmi Berti Foqtsun açıqladığı son heyətdən kənarda qalarsız?
- (Bir az düşünür) Mən heç bu haqda bilmirəm. Bu, məşqçinin qərarıdı. Heç nə edə bilmərəm. Yəqin ki, almaniyalı gənc oyunçulara güvənmək qərarına gəlib. Bu, problem deyil. Növbəti dəfə dəvət göndərər, mən də mənuniyyətlə qəbul edərəm.
 
- Sizin yerinizə çağırılan Andrey Popoviç haqda eşitmisizmi?
- Bilirəm ki, o, birinci divizionda, `Abşeron`da top qovur. Foqts ona şans verib. Qoy özünü göstərsin. Ancaq hesab edirəm ki, milliyə yerli qapıçılar çağırılsa, daha yaxşı olardı.
 
- Siz özünüzü nəzərdə tutursuz?
- Xeyr. Səlahət Ağayev də gənc və perpektivlidi. Onu dəvət etmək olardı.
 
- Nə səbəbə millidən kənarda qalmısız?
- Bilmirəm. Bu sual daha çox baş məşqçiyə verilməlidi, mənə yox. Məşq etməli olacam ki, növbəti dəfə milliyə çağırılım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.