22 dekabr 2010 17:12
Toni Adams: Seriyamızı `Bakı`yla oyunda da davam etdirmək istəyirik
`Qəbələ`nin baş məşqçisi Toni Adams Premyer Liqanın qış fasiləsi ərəfəsindəki sonuncu – 19-cu turunda qarşılaşacaqları `Bakı` ilə oyun haqda fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında əcnəbi mütəxəssis bunları dilə gətirib:
“Rəqibimiz güclü komandadı. Axı onlar `Neftçi`ni məğlub ediblər. Həm də onlar Azərbaycan kubokunun sonuncu qalibidilər. Odu ki, bizi çətin oyun gözləyir. Ancaq biz də yaxşı seriya yaxalamışıq. Həmin seriyamızı `Bakı`yla oyunda da davam etdirmək istəyirik”.
