22 dekabr 2010 17:56

Ağasəlim Mircavadov: O, komandaya kömək edə bilərdi

`Xəzər Lənkəran`, `Neftçi`, `Qarabağ` və digər klublarımızın sabiq baş məşqçisi Ağasəlim Mircavadovun azerisport.az saytına müsahibəsi.
 
- AFFA Rəşad Sadıqovu ilin ən yaxşı futbolçusu seçdi. Siz bu seçimlə razısınızmı?
- Fikrimcə, assosiasiya düzgün seçim edib. Sadıqov həqiqətən bu il uğurlu oyun sərgiləyib. Odu ki, mən təəccüblənmədim. Əgər məndən soruşsaydılar, mən də eyni cavabı verərdim. Sevindirici haldı ki, Rəşad `Eskişehirspor`da çıxış edir. Onda özünü Türkiyə çempionatında göstərmək üçün bütün keyfiyyətlər var.
 
- Bəs ən yaxşı məşqçinin adını çəkə bilərsizmi?
- Yaxşı məşqçinin adını açıqlamaq çətindi. Mən sadəcə bir oyuna görə seçim etməyin tərəfdarı deyiləm. Bütün 2010-cu ili qiymətləndirmək lazımdı. Düşünürəm ki, Qurban Qurbanovla Nazim Süleymanov daha uğurlu olublar. Sonuncu AZAL-da çox işlər gördü. Bura Arif Əsədovu da əlavə etmək olar. Ancaq əminəm ki, onun əsas uğurları hələ qabaqdadı.
 
- Bəs komanda? Bu `Qarabağ`dı, yoxsa yığma?
- Düşünürəm ki, yığma. Türkiyə üzərində qələbəni heç kim gözləmirdi. Ancaq `Qarabağ`ın Avropa Liqasında 3 mərhələ adlaması da layiqli uğurdu.
 
- Yeri gəlmişkən, `Qarabağ` sizin digər keçmiş komandanız `Xəzər Lənkəran`la qarşılaşacaq. Şansları necə dəyərləndirirsiz?
- Belə oyunlarda favorit olmur. Əgər Azərbaycan çempionatında autsayder çempion üzərində qələbə qazanırsa, hansı favoritdən danışa bilərik? Sadəcə lənkəranlılar doğma meydanda daha yaxşı oynayır və bu üzdən müəyyən üstünlükləri var. `Qarabağ` da adi komanda deyil. Düşünməyin ki, onlar ora 1 xaldan ötrü gediblər.
 
- Dünən Mirça Rednin vaxtilə sizin gətirdiyiniz daha iki oyunçuyla yollarını ayırdı...
- Denis Romanovsu mən dəvət etməmişdim. Onunla məndən sonra müqavilə bağlanıldı. İmedaşviliyə gəlincə, o, Avropa Liqasında oynadı və göstərdi ki, komandaya lazımdı. Sonradan o, zədə aldı. Rednikin işinə qarışmaq istəmirəm. Ancaq düşünürəm ki, gürcü oyunçu komandaya kömək edə bilərdi.
 
- `Altılıq` uğrunda mübarizə artıq kifayət qədər gərginləşib. Kimin kənarda qalacağını düşünürsüz?
- `Bakı` üçün ilin sonu uğurlu alınmadı. Bu komandada hər şey var, oyundan başqa. Onlara `Qəbələ` üzərində mütləq qələbə qazanmaq lazımdı. Əks təqdirdə hər şey pis sonuclanacaq. İlk altılığı `Bakı`sız təsəvvür etmək çətindi. Heyət bu uğursuzluğa görə cavab verəcək.
 
- Bütövlükdə Azərbaycan futbolu üçün 2010-cu ili necə qiymətləndirirsiz?
- Avrokuboklarda pis oynamadıq, milli komanda seçmə mərhələdəki ev oyununu qələbəylə başa vurdu. Ancaq artıq bu nəticələrimizi daha da yaxşılaşdırmaq vaxtıdı. Artıq Avropa Liqasında 1-2 mərhələ bizi sevindirməməlidi. Axı klublarımız böyük pullar itirir, şərtlər daha da yaxşılaşır. Arzu edirəm ki, 2011-ci il Azərbaycanın Avropa Liqasının qrup mərhələsində təmsilçisi olsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.