22 dekabr 2010 11:26
`Galatasaray`ın yeni stadionundakı ilk rəqibi `Ajax` olacaq
Türkiyənin `Galatasaray` klubu, yeni stadionunun – “Türk Telekom Arena”nın açılışında qarşılaşacağı komandanın adını açıqlayıb. Azerisport.az xəbər verir ki, İstanbul təmsilçisi yanvarın 15-də Hollandiyanın `Ajax` klubu ilə oynayacaq.
Nəticədə “sarı-qırmızılar”ın “Türk Telekom Arena”da keçiriləcək ilk matçdakı rəkibi məhz bu komanda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-a başlayacaq.
Qeyd edək ki, həmin gün təşkil olunacaq açılış mərasiminə baş nazir Recep Tayyip Erdoğanın da qatılacağı gözlənilir. Həmin möhtəşəm tədbir isə saat 20:00-da başlayacaq.
