22 dekabr 2010 00:04
Uinston Parks yenə zədələndi
Premyer Liqanın qış fasiləsi ərəfəsindəki sonuncu – 19-cu turunda doğma azarkeşləri qarşısında `Qarabağ`la qarşılaşacaq `Xəzər Lənkəran` bu oyuna hazırlıqlarını klubun bazasında davam etdirir. Azerisport.az xəbər verir ki, Mirça Rednikin çalışdırdığı cənub təmsilçisi dünən axşam saatlarında mərkəzi stadionun yardımçı meydançasında məşqə çıxıb.
Lakin son hazırlıq prosesində komandanın əsas qapıçısı Kamran Ağayev iştirak etməyib. Buna isə onun sadəcə AFFA-nın təşkil etdiyi 2010-cu il üzrə ən yaxşıların mükafatlandırılma mərasiminə qatılması səbəb olub.
Məşq zamanı diqqət çəkən daha bir məqam isə `Xəzər Lənkəran`ın əsas hücumçusu Uinston Parksın zədələnərək, hazırlığı yarımçıq qoyması olub. İlkin yardımdan sonra elə həkimlərin də yardımı ilə bazaya aparılan honduraslı forvardın qarşıdakı oyunda iştirakı sual altındadı. Qeyd edək ki, bu futbolçu son vaxtlar tez-tez belə yüngül zədələrə məruz qalsa da, komandasına təsadüfi hallarda kömək edə bilmir.
