22 dekabr 2010 00:38
`Rubin`in nümayəndələri Bakıya gələsi olmadı
Rusiyanın `Rubin` klubunun təmsilçiləri 2010-cu ildə Bakıya gəlməyəcəklər. Bu haqda azerisport.az-a klubun mətbuat xidmətindən məlumat veriblər:
“Bizim Bahodir Nasimovun transferi ilə bağlı `Neftçi` prezidenti ilə görüşümüz baş tutmalı idi. Ancaq görüş bu il baş tutmayacaq. Bəzi başa çatmamış işlər var və o səbəbdən Bakıya səfər təxirə salınır. Yəqin daha bir görüş 2011-ci ildə baş tutacaq. Dəqiq tarixi deyə bilmərik”.
