22 dekabr 2010 12:50

Sadıq Sadıqov: `Neftçi`ni Avropada zəfərlərə daşıyacağıq

İstanbul Ceylan Beynəlxalq Mərkəzində Türkiyənin ən böyük informasiya agentliklərindən olan "Spor Ajans"ın "İlin idman adamları" beynəlxalq mükafatlandırma mərasimində "Avropada ilin klub prezidenti" mükafatına layiq görülən `Neftçi`nin prezidenti Sadıq Sadıqov bu münasibətlə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun prezidenti bunları söyləyib:
 
“Qardaş ölkələr - Türkiyə və Azərbaycan haqqında ulu öndərimiz Heydər Əliyevin gözəl kəlamı vardır: "Biz iki millət, bir dövlətik!". Bu böyük kəlam ölkələrimizin din, dil, irq bərabərliklərini göstərir. Hal-hazırda möhtərəm prezidentimiz cənab İlham Əliyevin və Türkiyə prezidenti Abdulla Gülün dəstəyi ilə bu qardaşlıq bütün sahələrdə özünü büruzə verir. Bu dostluğu, qardaşlığı idmana daşımaq üçün də İstanbulda olduq.
 
Azərbaycanın 1937-ci ildə qurulan ən köklü və ən populyar komandası olan `Neftçi` futbol klubu Sovetlər Birliyi dönəmində də gücünü isbat edib və müstəqil Azərbaycanda da ən çox çempionluğu qazanıb.
 
Hörmətli prezidentimiz İlham Əliyevin idmanın inkişafına verdiyi dəstəklə Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınmaqdadır. Rəhbərlik etdiyim `Neftçi` İdman-Sağlamlıq Mərkəzi digər idman növlərində də olimpiya, dünya və Avropa çempionları yetişdirmiş və Azərbaycana bu yarışlarda ən çox medal qazandıran klub olmuşdur.
 
Azərbaycan futbolunda da son vaxtlar görülən işlər beynəlxalq futbol təşkilatları tərəfindən yüksək qiymətləndirilmişdir. Türkiyənin məşhur Spor Ajans informasiya agentliyinin bizə verdiyi bu böyük mükafatdan ruhlanaraq, `Neftçi`ni də Avropada gələcək zəfərlərə daşıyacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.