23 dekabr 2010 13:21
`Beşiktaş` 3 futbolçusunu Fernandeslə Sabrozaya qurban verdi
Türkiyə Superliqasında cari mövsüm çox pis təsir bağışlayan `Beşiktaş` heyətində islahatlar aparmaqda davam edir. Azerisport.az xəbər verir ki, İstanbul klubu artıq yollarını ayırmaq istədiyi futbolçuları da müəyyənləşdib.
Belə ki, Rodriqo Tabata, Zapotoçnı və Mihael Fink qış fasiləsindən sonra bu komandanın şərəfini qorumayacaq. Buna isə həmin futbolçuların `Bucaspor`un maraq dairəsinə düşməsi olub. İzmir klubu sözügedən oyunçuları ikinci dövrədə icarə əsasında heyətinə qatmaq istəyir. Artıq iki klub arasında bununla bağlı ilkin razılıq da əldə olunub.
Qeyd edək ki, bu futbolçuların əvəzində `Beşiktaş` artıq `Valencia`dan Manuel Fernandesi, həmçinin `Athletico`nun hücumçusu Simao Sabrozanı rənglərinə bağlayıb. Digər oyunçularla isə danışıqlar davam edir.
