23 dekabr 2010 00:57
Parksla Doman `Qarabağ`la oyunda XL-na kömək edə bilməyəcək
Premyer Liqanın qış fasiləsi ərəfəsindəki sonuncu – 19-cu turunda `Qarabağ`la qarşılaşacaq `Xəzər Lənkəran` artıq bu prinsipial və həlledici oyuna hazırdı. Azerisport.az xəbər verir ki, Mirça Rednikin yetirmələri dünən axşam saatlarında Lənkəran şəgər stadionunun yardımçı meydançasında son məşqə çıxıblar.
Uinston Parks və Katalin Doman istisna olmaqla bütün futbolçuların qatıldığı məşqdə yüksək əhval ruhiyyə hökm sürüb. Qapıçılarla çalışan məşqçi Hafiz Əliyev, Kamran Ağayevə və Orxan Sadıxova ayrıca məşq keçib. Digər futbolçular isə gah Mihay Tejanın fiziki hərəkətlərlə bağlı tapşırıqlarını yerinə yetirib, gah da Rednikin `Qarabağ`la oyun üçün hazırladığı xüsusi taktika üzərində çalışıblar.
Qeyd edək ki, zədəli olan Parksla Domanın `Qarabağ`la oyunda meydana çıxması sual altındadı.
