23 dekabr 2010 13:58
Adrian İordaçe: Azarkeşlərimizə yeni il hədiyyəsi etmək istəyirik
`Xəzər Lənkəran`ın təcrübəli müdafiəçisi Adrian İordaçenin azerisport.az saytına müsahibəsi
- `Qarabağ`la oyun sizin üçün nə ifadə edir?
- `Qarabağ` çətin məğlub olan komandalardandı. Onlarda əla, bir-birini başa düşən futbolçular var. Buna görə də bizim onlarla oyunumuz heç də adi xarakter daşımayacaq. Şübhəsiz ki, onlara qalib gəlmək də çox xoş olacaq. Axı bu, həm də bizim qış fasiləsinə birinci pillədə yollanmağımıza şərait yaradacaq.
- Siz ilk pillə haqda düşünürsüz, amma `Qarabağ` ilk altılığa düşmək üçün mübarizə aparır. Hesab etmirsiz ki, məhz bu amil çox həlledici rol oynaya bilər?
- `Qarabağ`la evdə oynamalı olacağıq, bu isə həmişə böyük bir sınaqdı. Özü də biz azarkeşlərimizə yeni il hədiyyəsi etmək istəyirik.
- Rəqibi necə xarakterizə edərdiz?
- Çox simpatiya bəslədiyim komandadı, xoşuma gəlir. Yaxşı taktika seçirlər, məşqçi bacarığı dərhal görünür.
- Bəs sizin üçün qış çempionu olmaq nə dərəcədə vacibdi?
- Çox vacibdi. Birincisi, həm bizim, həm də azarkeşlərimizin qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollanması üçün. İkincisi, bu, bizə çempionatın ikinci hissəsinə daha əmin şəkildə hazırlaşmağımıza şərait yaratmış olacaq. Biz həm də xoş olmayan statistikanı dəyişmək istəyirik. Qış çempionu olmaqla yanaşı, həm də mövsümün ən yaxşısı olmalıyıq.
- Lənkərandakı durumunuz necədi, artıq alışa bilmisiz?
- Əvvəllər çətin idi, ancaq indi hər şey əladı. Mən Azərbaycanın müxtəlif şəhərlərində oyuna çıxmışam. Amma deyə bilərəm ki, Lənkəranda futbola xüsusi sevgi var, ona görə burda yaşamaq xoşdu. Həmçinin Bakıdan da xoşum gəlib. Paytaxtınız gözəldi.
- Yəqin ki, XL-da olan digər rumınlarla da qaynayıb-qarışmısız?
- Bu heç söhbət mövzusu ola bilməz. Biz eyni ölkədən olmağımızla yanaşı, həm də bir ailə kimiyik.
