23 dekabr 2010 14:16

Kamran Ağayevlə Rəşad Sadiqovun məşqçisindən minnətdarlıq

`Neftçi`nin 15 yaşlı yeniyetmələrdən ibarət komandasının baş məşqçisi İslam Kərimova “Azərbaycan Respublikasının əməkdar məşqçisi” fəxri adı verilib. Azerisport.az xəbər verir ki, tanınmış uşaq məşqçisi, Gənclər və İdman naziri Azad Rəhimovun ona təqdim etdiyi bu fəxri ad münasibətilə paytaxt klubunun rəsmi saytına açıqlama verib:
 
“Mənə göstərilən diqqətə görə “Neftçi” PFK-nın və Gənclər və İdman Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan futbolunun gələcəyi uşaqlardır. “Neftçi”də uşaq futboluna böyük önəm verilir. Təsadüfi deyil ki, flaqmanın uşaq və yeniyetmə komandaları hər il mükafatçılar sırasında olurlar. Elə mənim rəhbərlik etdiyim 15 yaşlılardan ibarət komanda bu mövsüm artıq sona 5 tur qalmış final mərhələsinə vəsiqə qazanıb. Çalışacağam ki, bundan sonra da mənə göstərilən etimadı doğruldum” – deyə İslam Kərimov bildirib.
 
Qeyd edək ki, İslam Kərimov məşqçi kimi 1992-1999-cu illər və 2004-cü ildən indiyədək `Neftçi`də çalışıb. O, 1999-2004-cü illərdə rəhbərlik etdiyi Azərbaycanın U-17 yığma komandasını 2002-ci ildə tarixində ilk dəfə ikinci mərhələyə yüksəldib. Kərimov `Neftçi` ilə 5 beynəlxalq turnirin (Danimarka, İtaliya, İspaniya, Bolqarıstan, Gürcüstan) qalibi olub. İslam Kərimovun rəhbərlik etdiyi `Neftçi`nin yeniyetmələrdən ibarət komandaları 9 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ikinci, 1 dəfə üçüncü yeri tutub.
 
İslam Kərimov Azərbaycan futboluna bir sıra səviyyəli futbolçular yetişdirib. Onlardan 38-i hazırda Premyer Liqada çıxış edir, 20-si Azərbaycanın müxtəlif yığma komandalarının heyətinə cəlb olunub. Kərimov Azərbaycana Ruslan Abışov, Kamran Ağayev, Araz Abdullayev, Amit Quluzadə, Ruslan Əmircanov, Vüqar Nadirov, Rəşad Sadiqov və s. futbolçular bəxş edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.