23 dekabr 2010 01:38
Adrian İordaçe: Azərbaycanda daha `Qarabağ`ın oyunu xoşuma gəlir
`Xəzər Lənkəran`ın müdafiəçisi Adrian İordaçe Premyer Liqanın qış fasiləsi ərəfəsindəki sonuncu – 19-cu turunun `Qarabağ`la oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında təcrübəli futbolçu bunları dilə gətirib:
“Qarabağ`ın bir neçə oyununa baxmışam. Onlar komplektləşmiş oyun sərgiləyirlər. Azərbaycanın avrokuboklarda oynayan bir neçə komandası var - `İnter`, `Bakı`, `Qarabağ`, `Neftçi`. Ancaq daha çox məhz Ağdam klubununu oyunu mənim xoşuma gəlir. Bütün komandayla hücum keçib, eyni qaydada da müdafiə olunurlar. Əlbəttə, belə düşünülmüş taktikanı həyata keçirmək çox əhəmiyyətlidi”.
