23 dekabr 2010 14:46
Millimizin Ukrayna və Latviya ilə oyunlarının tarixi açıqlandı
2011-ci il fevralın 5-dən 8-ə qədər Bakı şəhərində IV Bakı Beynəlxalq Futzal Turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan, Ukrayna, Latviya və Özbəkistan milli komandaları mübarizə aparacaq.
Turnirin təqvimini diqqətinizə çatdırırıq:
5 fevral
Saat 16:00. Ukrayna – Latviya
Saat 18:00. Azərbaycan – Özbəkistan
6 fevral
Saat 16:00. Özbəkistan – Ukrayna
Saat 18:00. Latviya – Azərbaycan
8 fevral
Saat 18:00. Latviya – Özbəkistan
Saat 20:15. Ukrayna – Azərbaycan
