23 dekabr 2010 15:38
`Qəbələ`nin 12 oyunluq seriyasına son qoyuldu
`Qəbələ`nin 12 oyunluq seriyasına son qoyulub. Azerisport.az xəbər verir ki, uzun müddət idi məğlubiyyət tanımayan Qəbələnin eyni adlı təmsilçisi üçün qış fasiləsi ərəfəsindəki son oyun uğursuz alınıb.
Əslində isə bu qarşılaşma digərləriylə müqayisədə daha prinsipial xarakter daşıyırdı. Məsələ burasındadı ki, ilk altılığa düşmək üçün əsas rəqiblərindən olan `Qəbələ`yə qalib gəlməyəcəyi halda, `Bakı` şanslarını minimuma endirmiş olacaqdı. Görünür rəqibin daha çox istəkli olması Toni Adamsın komandasının seriyasının qırılmasına başlıca rol oynayıb.
Maraq üçün qeyd edək ki, bölgə təmsilçisi sonuncu dəfə 6-cı turun 19 sentyabr tarxində keçirilən `Qəbələ` - `İnter` görüşündə minimal hesablı yenilgiyə üzülmüşdü. Həmin görüşdən sonra 7 oyunda qələbə qazanıb, daha 5 qarşılaşmada da heç-heçəyə imza atan Adamsın komandası `Bakı`yla həlledici qarşılaşmada cari mövsümdəki 5-ci yenilgisini almış oldu.
