23 dekabr 2010 15:56
`Bakı`da başıpozuqluq?
Bu gün Premyer Liqanın qış fasiləsi ərəfəsindəki sonuncu – 19-cu turunun `Qəbələ` - `Bakı` oyununda xoşagəlməz olay yaşanıb. Azerisport.az xəbər verir ki, qonaq komandanın futbolçuları minimal hesablı qələbəylə başa vurduqları oyunun gedişində hesabda öndə olmalarına rəğmən, bir-biriylə mübahisəyə, hətta davaya girişib.
Belə ki, matçın sonlarında “zolaqlılar”ın birdən-birə 3 aparıcı üzvü – Aleksandr Soliç, Junior Osvaldo və Fabio Luis Ramim arasında gərginlik yaşanıb. Vəziyyət o həddə çatıb ki, Osvaldo hətta Soliçlə əl-qol mübarizəsinə də girişib. Lakin digər futbolçuların müdaxiləsində sonra onları sakitləşdirmək mümkün olub. Baş hakim Elçin Məmmədov isə onların bu intizamsızlığını cəzasız buraxmayıb. O, aqressivliyinə görə futbolçuları sarı vərəqəyə “qonaq edib”.
Bütün bunlar isə onsuz da cari mövsüm işləri heç də qaydasında getməyən `Bakı`da daxili nizam-intizamın qaydasında olmadığını isbatlayır. Görünür elə komandanın son uğursuzluqlarının əsas səbəbi də məhz bu başıpozuqluqdu.
