23 dekabr 2010 16:17
“Qol epizodları yaradıb, istifadə etmirsənsə, öz qapında qol görəcəksən”
Bu gün Premyer Liqanın 19-cu turu çərçivəsində baş tutan `Muğan` - AZAL görüşündən sonra komandaların baş məşqçiləri oyunla bağlı fikirlərini açıqlayıblar. Azerisport.az xəbər verir ki, AZAL-ın baş məşqçisi Nazim Süleymanov 1:3 hesablı gözlənilməz yenilgiylə bağlı bunları söyləyib:
“Muğan` klubunu qələbə münasibəti ilə təbrik edirəm. Hesabda irəlidə olmağımıza baxmayaraq, bunu sonadək qoruyub saxlaya bilmədik. Futbolun belə bir qaydası var - əgər qol epizodları yaradırsansa və onlardan lazımınca istifadə etmirsənsə, öz qapında qol görəcəksən”.
`Muğan`ın məşqçisi Bəhmən Həsənov isə qazandıqları qələbəyə belə münasibət bildirib: “Komandam çox gözəl oyun göstərdi. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. AZAL komandasına gələcək oyunlarda uğurlar arzu edirəm”.
