23 dekabr 2010 16:28
Toni Adams: `Bakı` bu gün bütün epizodlarda bizdən üstün oynadı
`Qəbələ`nin baş məşqçisi Toni Adams Premyer Liqanın 19-cu turunda doğma meydanda keçirilən `Bakı` ilə oyun haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, minimal hesabla məğlub olduqları qarşılaşmayla bağlı bunları dilə gətirib:
“Bakı klubunu təbrik edirəm. Bugünkü oyunda 5 oyunçum zədə səbəbindən oyuna çıxa bilməmişdi. `Bakı` bu gün bütün epizodlarda bizdən üstün oynadı. Çempionatda yaranan fasilə yerinə düşdü, qış fasiləsində oyunçularımızən zədəsini sağaldacağını düşünürəm. Biz bu il çempionluq üçün oynamırıq, biz “altılığ”a düşmək uğrunda mübarizə aparırıq. Məqsədimiz güclü komanda formalaşdırmaqdır. `Qəbələ` növbəti çempionatlarda çempionluq üçün oynayacaq”.
