23 dekabr 2010 16:33
Vinfrid Şefer: `Qəbələ`yə daha çox qol vura bilərdik
`Bakı`nın baş məşqçisi Vinfrid Şefer Premyer Liqanın 19-cu turunda səfərdə keçirilən `Qəbələ` ilə oyun haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, minimal hesablı vacib qələbələri haqda bunları söyləyib:
“Oyunçularımı qələbə münasibəti ilə təbrik edirəm, oyundan tam razı qaldım. Bu gün bir qol vurduq, ancaq bir neçə dəfə hesabı artıra bilərdik, təəssüf ki, buna nail ola bilmədik. Qalib gəldik, gələcəkdəki oyunlarımıza baxacağıq. `Qəbələ` klubu çempionata yaxşı başlamasa da, sonradan uğurlu çıxış etməyə başladı. Həqiqətən də, bu çox güclü komandadır. “Qəbələ”yə gələcək oyunlarda uğurlar arzu edirəm”.
