23 dekabr 2010 17:27
“Azərbaycan belə hakimliklə heç vaxt qitə və dünya çempionatlarına düşə bilməz”
`Qəbələ`nin müdafiəçisi Lyuba Baranin bu gün doğma meydanda keçirdikləri `Bakı` ilə oyunun idarəçiliyindən narazı qalıb. Komandasının minimal hesablı məğlubiyyətindən danışkarən, təcrübəli futbolçu azerisport.az saytına açıqlamasında hakimliyi belə şərh edib:
“Azərbaycan belə hakimliklə heç vaxt Avropa və dünya çempionatlarına düşə bilməz. Bütün matç boyu hakim oynamağa imkan vermədi. `Bakı`nın hər bir oyunçusuna toxunan kimi fit çalırdı. Bütün qərarları da qonaqların lehinə oldu”.
