23 dekabr 2010 19:16
Arif Əsədov: Bunu edə bildiyimiz üçün şadam
Bu gün Premyer Liqanın 19-cu turu çərçivəsində keçirilən `Neftçi` - `Turan` görüşündən sonra hər iki komandanın baş məşqçisi matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, görüşdən sonrakı mətbuat konfransında öncə çıxış edən “Turan”ın baş məşqçisi Revaz Dzodzuaşvili bunları söyləyib:
`Neftçi` ilə baxımlı oyun oynadıq. Azarkeşlər oyun boyu darıxmadılar. `Neftçi`nin futbolçuları bizdən daha təcrübəli idi. Bizim komandada əsasən gənc futbolçular yer alıb. Onların çoxunun 21 yaşlılardan və ibarət aşağı yaş qruplarından ibarət yığmalarımıza çağırılması bizi sevindirir. Məqsədimiz yerli futbolçulardan ibarət mübariz komanda yaratmaqdı”.
`Neftçi`nin baş məşqçisi Arif Əsədov isə qazandıqları qələbəni belə şərh edib: “Turan`la ilk dövrədəki oyundan lazımi nəticə çıxarmışdıq. Bugünkü oyunda qalib gəlib, istəyimizə çatdıq. `Bakı`ya məğlubiyyətdən sonra son iki oyunumuzda 6 xal toplamağı qarşımıza məqsəd qoymuşduq. Bununla da, qış fasiləsinə yüksək əhval-ruhiyyədə yollanmaq istəyirdik. Bunu edə bildiyimiz üçün şadam”.
