23 dekabr 2010 19:27
`Gəncə`nin baş məşqçisi: “Hesab oyuna görə olmadı”
Bu gün Premyer Liqanın qış fasiləsi ərəfəsindəki sonuncu – 19-cu turunda üz-üzə gələn `İnter`lə `Gəncə`nin oyunundan (1:0) sonra hər iki komandanın baş məşqçisi matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, görüşdən sonra baş tutan mətbuat konfransında öncə `Gəncə`nin baş məşqçisi Fuad İsmayılov düşüncələrini paylaşıb:
“Bu, 2010-cu ildə son oyunumuz idi. Futbolçularım da bilirdilər ki, meydanı məğlub tərk etmək olmaz, buna çalışırdılar. Komandam çox yaxşı mübarizə apradı, hesab oyuna görə olmadı”.
`İnter`in baş məşqçisi Kaxaber Sxadadze isə bunları söyləyib: “Çox ağır oyun oldu, buna hazır idik. Çempion komandaya qarşı bütün komandalar xüsusi motivasiya ilə oynayır. Təəssüf olsun ki, bugünkü oyunda bir sıra futbolçularımız zədələndi. İlk hissədə etdiyimiz dəyişiklik özünü doğrultdu. İkinci hissədə təşəbbüsü ələ aldıq və bunun nəticəsində qələbə qolunu vura bildik. Daha bir neçə qol imkanımız oldu, lakin onlardan yararlana bilmədik. Bu cür imkanlardan istifadə edə bilməməyimiz ən böyük çətinliyimizdir. Üç xal qazandığımız üçün şadam, komandamı qələbə münasibəti ilə təbrik edirəm”.
