23 dekabr 2010 21:46
Sadıq Sadıqov `Neftçi`yə daha iki braziliyalı futbolçu gətirir
`Neftçi` PFK-nın prezidenti Sadıq Sadıqov qış transfer pəncərəsindəki planlarından danışıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəhbəri fasilə dövründə heyəti daha da gücləndirəcəklərini açıqlayıb:
“Uğurlu çıxışımıza baxmayaraq, biz daha da güclənməyi düşünürük. Buna görə də, qış transfer pəncərəsi dövründə bir çox oyunçulara baxacağıq. Onların arasından iki yarımmüdafiəçi seçməliyik. Onu deyə bilərəm ki, onlar Braziliyanı təmsil edirlər”.
