23 dekabr 2010 22:03
Noyabr və dekabr aylarının ən yaxşı oyunçuları müəyyənləşdi
Peşəkar Futbol Liqası Premyer Liqada noyabr və dekabr ayları üçün ən yaxşı oyunçuları müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, qaliblərin adları sabah açıqlanacaq.
Qurumdan verilən məlumata görə, qaliblərin təltifolunma mərasimi sabah - dekabrın 24-də “Pirosmani” mərkəzində təşkil oluncaq. Saat 16:00-da başlayacaq tədbirə bütün KİV nümayəndələri dəvət olunub.
