23 dekabr 2010 11:38

Mahmud Qurbanov: Bizdə böyük potensial var, komanda oyunu yoxdu

`Bakı`nın yarımmüdafiəçisi Mahmud Qurbanov bu gün Premyer Liqanın 19-cu turu çərçivəsində keçiriləcək `Qəbələ` ilə oyun öncəsi azerisport.az-ın suallarını cavablayıb.
 
- Bu gün `Bakı` `Qəbələ`ylə üz-üzə gələcək. Yəqin ki, bu matçın komandanız üçün nə qədər vacib əhəmiyyət daşıdığını deməyə ehtiyac yoxdu?
- `Qəbələ`ylə oyun bizim üçün həyati önəm daşıyır. Bu, bizim tariximizdəki ən əhəmiyyətli oyundu. Biz nəyə qadir olduğumuzu göstərməliyik. Bu komanda çox güclü dəyişikliklərə məruz qalıb. İndi `Qəbələ`də çox güclü əcnəbilər çıxış edir, ancaq biz onlardan müdafiə olunmağı, meydanda hər şeyi sübut edə bilərik. Bu, bizim üçün son oyundu – ya “altılığ”a düşəcəyik, ya da ondan kənarda qalacağıq.
 
- `Bakı`nın hazırkı vəziyyətinin səbəbini nədə görürsünüz?
- Bilmirəm nə problemdi. `İnter`lə son oyunda biz öz səhvlərimizdən uduzduq. Bizdə böyük potensial var, amma komanda oyunu yoxdu. Ayrı-ayrılıqda hər bir futbolçu çox güclüdü. Ancaq nəyəsə görə bu komandada heç nə alınmır. Çox qeyri-sabit oyun sərgiləyirik. `Neftçi` üzərindəki qələbədən sonra eyforiyaya qapıldıq.
 
- Bəs bütün bunlara görə kim günahkardı?
- Günahkar bütün futbolçulardı. Əgər oyun alınmırsa, buna ilk növbədə komanda günahkardı. Meydanda bütün gücümüzü qoysaq da, nəticə yoxdu. Əgər `Bakı` autsayderlərlə oyunlarda da xal itirirsə, bu o deməkdi ki, biz necə oynamaq lazım olduğunu bilmirik. İndi başlıca məsələ hər şeyi diqqətlə yoxlayıb, problemləri yoluna qoymaqdı. Bunun üçün də `Qəbələ`yə qalib gəlməli və 2011-ci ildəki oyunlara hazırlaşmaq lazımdı.
 
- Əgər `Bakı` ilk altılığa düşə bilməsə, necə olacaq?
- Bu haqda düşünmək belə istəmirəm. Əgər ilk altı komanda arasına düşə bilməsək, bu, əsl faciə olacaq. Mövsümün əvvəlini xatırlayıb, qarşımıza çempionluq hədəfi qoymağımızı yadıma salanda, indiki durumumuz sadəcə gülməli gəlir. İndisə “altılığ”a düşmək üçün vuruşuruq. Bizdə nə baş verir, baş açmıram. Sadəcə şokdayıq.
 
- Əgər `Bakı` sadəcə yaşamaq üçün mübarizə aparırsa, o zaman bu qədər legioner nəyə lazımdı?
- Bu sual mənə verilməməlidi. Hər şeyi rəhbərlik həll edir. Mən sadəcə futbolçuyam, çıxıb meydanda maksimum gücümlə mübarizə aparmalıyam. Rəhbərlik bizim üçün hər şəraiti yaradıb. Bizim üçün bunun qarşılığında belə nəticələr göstərməyimiz utandırıcıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.