23 dekabr 2010 00:02
Qış çempionumuzu müəyyənləşdirəcək ilin son turu
Bu gün futbol üzrə Azərbaycan Premyer LiqaSInın qış fasiləsi ərəfəsindəki sonuncu – 19-cu turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, hamısı eyni gündə baş tutacaq 6 oyunla elita təmsilçiləri uzunmüddətli qış fasiləsinə yollanacaqlar.
Lakin fasilə ərəfəsində bizi çox gərgin bir tur gözləyir. Məsələ burasındadı ki, həm “altılıq”ların formalaşması, həm də qış çempionunun müəyyənləşməsi baxımından prinsipial əhəmiyyətə malik qarşılaşmaların şahidi olacağıq.
Bu mənada hesabat turunun mərkəzi oyunu Lənkəranda baş tutacaq. Qış çempionu olmağı hədəfləyən `Xəzər Lənkəran` çempionluq uğrunda mübarizədə öz sözünü tam deyə bilməsə də, hər halda liderlərlə başa-baş mübarizə aparan `Qarabağ`ı qəbul edəcək. Mirça Rednikin komandası böyük fasiləyə ilk pillədə getmək üçün qələbə qazanmalıdı. Ən pis halda isə heç-heçə də cənubluların qış çempionu adını qazanmasına şərait yaradacaq.
Belə olan halda, heç lənkəranlıların əsas izləyicisi `Neftçi`nin qələbəsi də, bu yolda heç bir maneə yaratmayacaq. Çünki şəxsi oyunlardakı üstünlük cənubluların tərəfindədi. Lakin hər halda cari mövsümdə çoxlu xal itkisiylə üzləşən `Qarabağ`ın da vəziyyətini yaxşılaşdırmaq üçün qələbə qazanmaq istəyəcəyini unutmamalıyıq. Qurban Qurban komandası həm də ilk dövrədəki minimal hesablı yenilgini unutdurmağa çalışacaq.
Liderin əsas izləyici `Neftçi` doğma meydanda `Turan`la qarşılaşacaq. İlk dövrədə Tovuzdakı qarşılaşmada 2:2 hesabıyla nəticələnən oyunda ciddi xal itkisiylə üzləşən paytaxt təmsilçisi `Qarabağ`ın qələbəsinə ümid etməklə, bu dəfə mütləq 3 xal qazanmağa çalışacaq. Elə son oyunlarda xal itkisiylə üzləşən AZAL da digər autsayder `Muğan`la qarşılaşmada mütləq qələbə qazanmağa çalışacaq. Lakin bəzi iddialı rəqibləri büdrətməyi bacaran Salyan klubunun doğma meydanda Nazim Süleymanovun komandasından xal alıb-almayacağı maraq doğurur.
Son ölkə çempionu `İnter` isə doğma meydanda `Gəncə` ilə münasibətlərinə aydınlıq gətirməlidi. Həmin `Gəncə` ilə ki, səfərdə bu rəqibinə minimal hesabla məğlub olmuşdu. Qisas eşqiylə alışıb-yanan “bankirlər”ə bu qələbə həm də çempionluq mübarizəsindən qopmamaq üçün lazımdı. Əvvəlki oyunundan əsər-əlamət qalmayan bölgə təmsilçisinin isə bu dəfə də sürprizə imza atması sadəcə real görünmür.
`Qəbələ` ilə `Bakı`nın dueli isə sırf “altılığ”a düşmək uğrunda ölüm-dirim mübarizəsi kimi yadda qalacaq. `Qəbələ` ilk dövrədə 1:2 hesabıyla yenildiyi bu rəqibindən qisas almağı bacarsa, son ölkə kubokunun sahibini demək olar ki, medallar uğrunda mübarizədən kənarlaşdırmış olacaq. Özü isə, təbii ki, “altılıq”dakı yerini təmin etmiş olacaq.
Nəhayət daha bir görüş iki autsayder arasında MOİK və `Simurq` arasında baş tutacaq. Zaqatala təmsilçisi sonuncu pillədə qərarlaşan “hərbçilər”ə qalib gəlsə, o zaman `Turan`ı qabaqlayaraq, qış fasiləsinə 10-cu pillədə yollanmış olacaq. Hər halda Qyoko Haciyevski Premyer Liqadakı yerini qorumaq üçün bu şansdan maksimum yararlanmalıdı.
Premyer Liqa
19-cu tur
23 dekabr (cümə axşamı)
Qəbələ - Bakı
Hakimlər: Elçin Məmmədov, Eldar Nağıbəyov, Roman Vasilyev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ. Şəhər stadionu. Saat 13:00.
Muğan - AZAL
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Coşqun Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Murad Məmmədov.
Salyan. Şəhər stadionu. Saat 13:00.
Simurq - MOİK
Hakimlər: Elnur Muradov, İsgəndər Əliyev, Elşən Acalov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Səfər Haşımov.
Zaqatala. Şəhər stadionu. Saat 14:00.
Neftçi - Turan
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, Aydın Ələkbərov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15:00.
İnter - Gəncə
Hakimlər: Ramil Diniyev, Samir Hacıyev, Elman Musayev, Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Əmir Zamanov.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
Xəzər Lənkəran - Qarabağ
Hakimlər: Rövşən Əhmədov, Munis Abdullayev, Azər Əsgərov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Lənkəran. Şəhər stadionu. Saat 17:00.
|
1
|
XL
|
18
|
12
|
4
|
2
|
22-8
|
40
|
|
2
|
Neftçi
|
18
|
11
|
5
|
2
|
34-9
|
38
|
|
3
|
AZAL
|
18
|
9
|
7
|
2
|
25-11
|
34
|
|
4
|
İnter
|
18
|
9
|
4
|
5
|
16-13
|
31
|
|
5
|
Qəbələ
|
18
|
8
|
6
|
4
|
19-9
|
30
|
|
6
|
Qarabağ
|
18
|
9
|
3
|
6
|
19-12
|
30
|
|
7
|
Bakı
|
18
|
7
|
4
|
7
|
25-20
|
25
|
|
8
|
Gəncə
|
18
|
5
|
7
|
6
|
23-25
|
22
|
|
9
|
Muğan
|
18
|
4
|
5
|
9
|
8-21
|
17
|
|
10
|
Turan
|
18
|
2
|
6
|
10
|
14-27
|
12
|
|
11
|
Simurq
|
18
|
2
|
5
|
11
|
11-27
|
11
|
|
12
|
MOİK
|
18
|
1
|
2
|
15
|
5-39
|
5
|
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 15, Junivan Suares (Gəncə) - 9, Qvidas Yuşka (AZAL) - 8, Deon Barton (Qəbələ) - 7.
