24 dekabr 2010 13:51
Mahir Şükürov legioner qaldı
Yığmamızın və `Anji`nin yarımmüdafiəçisi Mahir Şükürov növbəti mövsümü də legioner olacaq. Azerisport.az xəbər verir ki, bu qərarı öz iclasında Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi çıxarıb. Qərara əsasən Rusiya yığmasında çıxış edə bilməyən istənilən oyunçu legioner sayılmaqda davam edir.
