24 dekabr 2010 14:08
`Xəzər Lənkəran`dan 500 min avro tələb edirlər
Rumıniyanın `Panduri` klubunun icraçı direktoru Yucen Parvulesku komandanın müdafiəçisi Aleksandr Kardozonun qiymətini açıqlayıb. Azerisport.az xəbər verir ki, `Xəzər Lənkəran`ın yaxından maraqlandığı futbolçunun transferindən danişarkən, klub rəsmisi bunları söyləyib:
“Kardozo kifayət qədər yüksək qiymətləndirilir. Yayda bu məbləğ milyon avroya bərabər idi. Çox qiymətli oyunçudur. Onun az oynaması faktı qiymətini aşağı salmır. Biz 500 min avro məbləğində danışıqlara başlamağa hazırıq”.
