24 dekabr 2010 14:38
XL üçün Rumıniyadan daha bir futbolçu
Rumıniya `Styaua`sının yarımmüdafiəçisi Marius Onofras `Xəzər Lənkəran`a keçə bilər. Azerisport.az xəbər verir ki, 30 yaşlı oyunçu həmçinin Buxarest `Dinamo`sunun maraq dairəsindədir. Hərbçilərin rəhbərliyi onu 100 min avro dəyərində qiymətləndirir.
