24 dekabr 2010 15:12
“Qəbələdə qalib gəlməsəydik bu, bəzilərimiz üçün son görüş olardı”
`Bakı`nın kapitanı Cəmşid Məhərrəmov Premyer Liqanın 19-cu turunda `Qəbələ` üzərində qələbədən sonra azerisport.az və `Zerkalo`nun suallarını cavablayıb.
- `Qəbələ` üzərində minimal hesablı qələbə haqda nə deyə bilərsiniz?
- Çətin oyun alındı. Bura qələbə üçün gəlmişdik və sevinirəm ki, buna nail olduq. İndi irəliyə baxırıq. İnanıram ki, ilk altılığa düşəcəyik. Ən yaxşı oyunlarımız hələ irəlidədir. Yaxşı ki, ötən tur `İnter`lə oyundakı səhvləri buraxmadıq.
- Əgər birinci hissədə bərabər mübarizə gedirdisə, ikinci hissəni `Bakı`nın tamaşası adlandırmaq olar.
- Rəqib də xallara ehtiyac duyurdu. Birinci hissənin kəşfiyyat xarakteri tamamilə gözlənilən idi. Ancaq komanda baxımında biz rəqibi üstələdik. Buna görə də rəqibimizdən güclü olduq.
- Vinfrid Şefer fasilədə sizə nə dedi ki, belə “artırdınız”?
- Alman bizə sadəcə xatırlatdı ki, qələbədən başqa seçimimiz yoxdur. Bu, bizə bəs etdi. Əlbəttə, digər tərəfdən onun taktiki göstərişləri çox kömək etdi.
- Demək, oyunun vacibliyini hamı anlayırdı?
- Əks hal mümkün də deyildi. Əgər `Qəbələ`yə qalib gəlməsəydik bu, bəzilərimiz üçün son görüş olardı. Buna görə meydanda can qoyurduq.
- Qalan 3 oyundan nə gözləyirsiniz?
- Ancaq qələbə. Ümid edirəm ki, qış fasiləsi xeyrimizə olacaq.
- Bunu sizin çox qeyri-sabit oyununuzla reallaşdırmaq çətin olmayacaq?
- Hələ komandaların iki aydan sonra hansı vəziyyətdə olacağı məlum deyil. Ola bilər ki, bizim qeyri-sabitliyimizdən heç bir əsər qalmasın. Qalan oyunlarda qələbəyə axtaracağıq.
- İkinci hissədə Şoliç və Fabio nəyi bölə bilmirdilər ki, sonra buna Juninyo da qoşuldu? Axı onlar az qala meydanda dalaşacaqdılar.
- Orada dəqiq nəyin baş verdiyini özüm görmədim. Bunu şişirtmədim. Meydanda nə desən ola bilər. Sakitləşməsi üçün Şoliçin üstünə qışqırdım. Biz bu hadisəni aydınlaşdıracağıq ki, gələcəkdə də təkrarlanmasın.
