24 dekabr 2010 15:28
Fərid Quliyevin gələcək taleyi yanvarda həll olunacaq
`Neftçi` PFK-nın prezidenti Sadıq Sadıqov bildirib ki, transferə çıxardıqları milli komandamızın hücumçusu Fərid Quliyevin taleyinə yanvarda aydınlıq gələcək. Azerisport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Arif Əsədov tərəfindən noyabr ayında imtina olunan forvard hələlik komandanın əvəzedici heyətində yer alır. Lakin `Neftçi` rəhbərliyi hələ də onun gələcək taleyi haqda qəti qərar verə bilmir. Hər halda klub prezidentinin aşağıdakı sözləri də belə deməyə əsas verir:
“Fəridlə bağlı yekun qərarımızı yanvar ayında verəcəyik. Hər şeyə komandanın təlim-məşq toplanışı zamanı qərar verəcəyik”.
