24 dekabr 2010 15:45
Naci Şensoy: Əsas məqsəd ölkə kubokudu
Yenidən `Turan`ın sükanı arxasına qayıdan türkiyəli mütəxəssis Naci Şensoy Tovuz klubuyla yeni məqsədlərindən danışıb. Azerisport.az saytına müsahibəsində təcrübəli mütəxəssis bildirib ki, onun komandasının əsas vəzifəsi ölkə kubokunda mümkün qədər irəli getmək, bacararlarsa, onu qazanmaqdı:
“Biz hər şeyə rəğmən ölkə kubokunda şanslarımızı saxlayırıq. Bu çıxışımızı uğurla başa vurmağa borcluyuq. Bizim əsas məqsədimiz bu turnirdə mümkün qədər irəli getmək, imkan olarsa, kuboka sahib çıxmaqdı”.
