24 dekabr 2010 15:55
Tacikistan prezidentinin oğlu Azərbaycan çempionuna qarşı
Tacikistanın `İstiklol` klubunun oyunçularından biri bu ölkənin prezidentinin oğlu imiş. Azerisport.az xəbər verir ki, bu oyunçu Rəhman Emomalinin oğlu Rustam Emomalidi.
Maraqlıdı ki, o, həm də eyni zamanda yerli futbol federasiyasında vitse-prezident vəzifəsində çalışır. 23 yaşlı futbolçu gələn il yanvar ayının 14-dən 23-dək Sankt-Peterburqda keçiriləcək “Birlik kuboku”nda Azərbaycan çempionu `İnter`lə oyunda da iştirak edə biləcək. Çünki son çempionumuzun qrupunda yer alan rəqiblərdən biri də məhz Tacikistan prezidentinin oğlunun klubudu.
