24 dekabr 2010 16:41
AFFA milli komandamızı da Antalyaya göndərir
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yanvar ayında iki təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bunlardan biri 2011-ci il yanvarın 15-dən 17-nə qədər Bakıda, digəri isə 18-30 yanvar aralığında Türkiyənin Antalya şəhərində həyata keçiriləcək.
