24 dekabr 2010 17:24
Samir Əliyev: Potensialım hələ tükənməyib
Zaqatalanın `Simurq` klubunun hücumçusu Samir Əliyev bu gün PFL tərəfindən dekabr ayının ən yaxşı futbolçusu seçilməsinə münasibətini bildirib. Azerisport.az xəbər verir ki, vaxtilə millimizin şərəfini qorumuş təcrübəli hücumçu mükafatlandırma zamanı çıxışında bunları dilə gətirib:
“Çox sevinirəm ki, məni unutmadılar. Hər cür kömək etməyə çalışıram ki, `Simurq`un nəticələri yaxşı olsun. Bu qələbə isə mənim cavabdehliyimi daha artırmış oldu. Mən hələ potensialımı tükətməmişəm”.
