24 dekabr 2010 17:43
UEFA Türkiyə üzərində qələbəmizi ilin hadisəsi seçdi
UEFA AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə üzərində minimal hesablı qələbəmizi Azərbaycanda ilin ən böyük hadisəsi hesab edir. Azerisport.az xəbər verir ki, bu haqda qitə futbol qurumunun bu günkü yazısında xəbər verilir.
Yazıda ölkəmiz üçün diqqətçəkən digər məqamlar da vurğulanıb. Millimizin Türkiyə üzərindəki qələbəsindən sonra əsas diqqətçəkən məqam kimi `Qarabağ`ın Avropa Liqasında 3 mərhələ keçməklə, böyük uğura imza atması, `Bakı`nın gözlənilməz çöküşü, `İnter`in qızıl medallara sahib çıxması, ölkə kubokunun finalında `Bakı` və `Xəzər Lənkəran` arasımdakı həlledici oyunda vurulan kuryoz, eyni zamanda böyük qalmaqala səbəb olan qol və Vaqif Cavadovun Hollandiyanın `Twente` klubunu tərk edərək, yenidən ölkəmizə qayıdışı xüsusi qeyd olunub.
