24 dekabr 2010 18:56
Zohair Benuahi: Azərbaycanda ilin futbolçusu olmaq istəyirəm
Bu gün PFL tərəfindən noyabr ayının futbolçusu seçilən AZAL-ın mərakeşli yarımmüdafiəçisi Zohair Benuahi noyabr ayının ən yaxşı futbolçusu seçildi. Azerisport.az xəbər verir ki, mükafatlandırma mərasimində paytaxt klubunun futbolçusu öz fikirlərini bildirib:
“İlk öncə mənə səs verən hər kəsə - media nümayəndələrinə, həmçinin klubların baş məşqçi və kapitanlarına minnətdarlığımı bildirirəm. Noyabr ayının ən yaxşı futbolçusu seçildiyim üçün çox xoşbəxtəm. Klub rəhbərliyinə və bütün komandamıza dəsətəyə görə təşəkkür edirəm. Çalışacam ki, gələn il daha da yaxşı nəticə göstərim və ilin futbolçusu seçilim. Azərbaycan çempionatı bu il daha da inkişaf edib, artıq çempionatda zəif komanda qalmayıb. Hər bir komanda qalib gəlmək üçün sonadək mübarizə aparır. Ümid edirəm ki, mənim çıxış etdiyim AZAL komandası da ilk altılığa vəsiqə qazanaraq mövsümü mükafatçılar sırasında bitirəcək”.
