24 dekabr 2010 20:48
`Neftçi` `Arsenal`la qarşılaşacaq
`Neftçi`nin qış fasiləsi dövründə Türkiyənin Antalyada keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı daha bir rəqibinin adı müəyyənləşib. Azerisport.az komandanın baş məşqçisi Arif Əsədova istinadən xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 19-da Kazanın `Rubin`, 26-da Kiyev `Arsenal`ı, 29-da isə Avstriyanın `Şturm` klubuyla qarşılaşacaq.
Maraq üçün bildirək ki, `Rubin` və `Şturm`un komandamıza rəqib olduğu hələ bir neçə gün öncədən bilinirdi. “Ağ-qaralar”ın fevralın 1-nə nəzərdə tutulan sınaq matçındakı rəqibinin kimliyi isə hələlik bilinmir.
