24 dekabr 2010 21:09
AFFA `Turan`ın şikayətini təmin etmədi
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda aşagıdakı qərarlar qəbul edilib:
`Turan` FK-nın futbolçusu Muammer Erdoğdunun 5 oyunluq cəzasının azaldılması ilə bağlı müraciət təmin olunmasın.
`Bakılı` FK-nın futbolçusu Elnur Hüseynov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılsın. Elnur Hüseynov intizam tədbiri olaraq 1 illik kənarlaşdırılsın, digər 1 illik cəzadan isə 1 illik sınaq müddəti tətbiq edilməklə azad olunsun. 1 illik sınaq müddəti ərzində Elnur Hüseynov analoji hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
Futzal üzrə NTD klubunun futzalçı Ramin Həsənovun 4 oyunluq cəzalandırılması ilə bağlı müraciəti təmin olunmasın.
