24 dekabr 2010 21:28
“Simurq autsayder olsa da, Samirin ən yaxşı seçilməsi obyektivdir”
Premyer Liqada noyabr və dekabr aylarının ən yaxşı oyunçularının mükafatlandırılması mərasimində çıxış edən `Simurq` klubunun icraçı direktoru Vaqif Əliyev fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, aşağıdakı fikirləri dilə gətirib:
“Belə gözəl tədbirə görə PFL rəhbərliyinə öz təşəkkürümü bildirirəm. `Simurq` Premyer Liqada autsayder olsa da, Samir Əliyevin dekabrın ən yaxşı oyunçusu seçilməsi obyektivdir. Samir Əliyevin əlavə tərifə ehtiyacı yoxdur. O, peşəkar futbolçudur, davranışları ilə, oyunu ilə gənclərə örnəkdir”.
