24 dekabr 2010 21:36
Nazim Süleymanov: Bu, bütün komandamızın sevincidir
Premyer Liqada noyabr və dekabr aylarının ən yaxşı oyunçularının mükafatlandırılması mərasimində çıxış edən AZAL klubunun baş məşqçisi Nazim Süleymanov fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, yetirmələrindən Zohair Benahinin noyabr ayının ən yaxşı seçildiyi tədbirdə Süleymanov bunları söyləyib:
“Hər ay Premuer Liqanın ən yaxşı oyunçusunu seçdikləri üçün təşkilatçılara təşəkkürümü bildirirəm. Bu, futbolçular üçün meydanda daha da gözəl oyun göstərmələri üçün əlavə stimuldur. Sevindirici haldır ki, noyabr ayının ən yaxşı oyunçusu AZAL klubunun futbolçusu Zohair Benouahi seçilib. Bu, qürurverici haldır, bütün komandamızın sevincidir. Fürsətdən istifadə edib Samir Əliyevi dekabrın ən yaxşı oyunçusu seçilməyi münasibəti ilə təbrik edirəm. Fikrimcə, Samir hələ öz sözünü deməyib, daha da yaxşı çıxış edəcəyinə inanıram”.
