24 dekabr 2010 21:49
XL-nın istədiyi oyunçu klubuyla müqaviləsini pozdu
Buxarest `Dinamo`sunun yarımmüdafiəçisi Florin Bratu tezliklə `Xəzər Lənkəran`a keçə bilər. Çünki azerisport.az-ın Rumıniya mətbuatına istinadən məlumatına görə, bunun üçün çox münbit şərait də yaranıb. Xeyli müddətdi cənub klubunun transfer siyahısında yer alan futbolçu klubuyla müqaviləsini pozmağa qərar verib.
