24 dekabr 2010 00:11
Platini 2015-ci ilə qədər UEFA prezidenti olacaq
Fransız futbolunun əfsanələrindən olan UEFA prezidenti Mişel Platini 2015-ci ilə qədər vəzifəsinin başında qalacaq. Azerisport.az xəbər verir ki, bu haqda qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu posta namizəd olmaq istəyənlər üçün dekabrın 22-nə kimi müddət qoyulsa da, heç kim belə bir müraciət olunmayıb. Məhz ona heç bir rəqib olmadığına görə, Platini daha 4 il vəzifəsində qalacaq.
Qeyd edək ki, dünya çempionluğu yaşaya bilməyən əfsanə futbolçu kimi tarixə düşən Platini 2007-ci ildən bu postda çalışır. Onun yeni vəzifəsinin 2015-ci ilə kimi artırılması haqda rəsmi qərar isə gələn il martın 22-də keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunacaq.
