24 dekabr 2010 00:19

İstirahət öncəsi soyuq duş və ikiqat sevinc

Futbol üzrə Azərbaycan Premyer Liqasının qış fasiləsi ərəfəsindəki sonuncu – 19-cu turunun oyunlarına da yekun vuruldu. Azerisport.az xəbər verir ki, hamısı eyni gündə baş tutan 6 oyunla elita təmsilçiləri uzunmüddətli qış fasiləsinə yollandılar. Bir qədər də dəqiqləşdirsək, gələn il fevral ayının 12-də yenidən mübarizəyə başlayacaq klublarımız 51 gün istirahət etmiş olacaqlar.
 
Lakin fasilə ərəfəsindəki tur bir sıra maraqlı nəticələrlə zəngin oldu. Elə əsl gözlənilməzliklər günün ilk oyunlarından gəldi. Cari mövsüm sərgilədiyi oyun, qazandığı nəticələrlə hamını təəccübləndirən AZAL `Muğan`la Salyandakı oyunda sürpriz yenilgiylə üzləşdi. Əslində meydan sahibləri nə qədər qeyri-sabit oyun sərgiləsə də, bir sıra iddialı komandalara zərbə vurmaqla özündən söz etdirməyi bacarmışdı. Məsələn, `Xəzər Lənkəran`dan xal alan, `Bakı`nı yenən komandadan bunu hardasa gözləmək olardı.
 
Ancaq son dövrlər uğursuzluqları sıralayan salyanlılarla görüşdə “təyyarəçilər”in uduzması bir qədər inandrıcı deyildi. Çünki son oyunlarda Nazim Süleymanovun yetirmələri də az xal itirməmişdilər və ən azı autsayderlər qrupunda qərarlaşan rəqiblə dueldə qələbə çox vacib idi. Ən azı 3-cü pillədəki mövqeyi daha da gücləndirmək üçün. Düzdü, məğlubiyyətə rəğmən, AZAL qış fasiləsinə elə həmin mövqeyində yollandı. Amma “təyyarəçilər” məğlubyyətlə yanaşı, əsas izləyicisinin xal fərqini aradan qaldırmasına, eyniləşdirməsinə də üzüldü.
 
Halbuki, AZAL ilə xalları bərabərləşdirmək `İnter`ə nəsib olmaya da bilərdi. Çünki çoxları `Gəncə`nin səfərdə son ölkə çempionuna ciddi müqavimət göstərəcəyi öncədən gözlənilən deyildi. İlk dövrədə doğma meydanda bu rəqibini məğlub etməsinə rəğmən, Fuad İsmayılovun yetirmələrinin son dövrlərdəki uğursuz çıxışı onlara heç bir şans tanımağa imkan vermirdi. Bu mənada `Neftçi`nin səfərdə bu komanda üzərindəki böyükhesablı qələbələri də belə düşünməyə əsas verirdi. Lakin gəncəlilər səfər oyununda da çempionun başını az ağrıtmadı. Onların Bakıdan da 1 xalla dönməsinə isə cəmi 3-4 dəqiqə yetmədi.
 
Digər autsayderlər - `Simurq`la MOİK arasındakı görüş digərlərinin kölgəsində qalsa da, az əhəmiyyət daşımırdı. Çünki Zaqatala klubu doğma meydanda qələbə qazanmaqla, `Turan`ı qabaqlayıb, ən azı qış fasiləsinə təhlükəli zonadan kənarda gedə bilərdi. Lakin son dövrlər komandasını öz arxasınca aparan Samir Əliyevin hesabı açmasına rəğmən, meydan sahibləri aşkar autsayder üzərində də qələbə qazana bilmədi. Haciyevskinin yetirmələri uzaqbaşı tovuzlularla xallarını bərabərləşdirmələrinə sevinə bilərlər.
 
`Turan` isə gözlənildiyi kimi, `Neftçi`yə heç bir müqavimət göstərə bilmədi. Paytaxtda baş tutan qarşılaşmada meydan sahibləri lider `Xəzər Lənkəran`ın `Qarabağ`la dueləd xal itkisinə ümid bəsləməklə, mütləq 3 xal qazanmaq istəyirdi ki, buna da nail oldu. Bu qələbədən sonra bütün gözlər Lənkərana yönəlmişdi.
 
Çünki burada hesabat turuna lider kimi girən XL avrokuboklardalı ən yaxşı təmsilçimiz `Qarabağ`la qarşılaşırdı. Qarşılaşma meydan sahiblərinə qış çempionu adını qazanmaqdan önəmli idisə, Ağdam klubu da “altılıq”dakı mövqeyini qorumaq üçün mütləq qələbə, ən azı xalla dönmək istəyirdi. Hansı ki, heç-heçə “ağ-yaşıllar”ı da zirvədə saxlayacaqdı. Çünki `Neftçi`ylə xallar bərabər olsa da, şəxsi oyunlardakı üstünlük cənubluları qış çempionu edəcəkdi. Amma Rauf Əliyevin dublu Mirça Rednikin komandasının uzun fasiləyə 1 addım öndə yollanmasına imkan vermədi.
 
Ən nəhayət, taleyi məhz bu turdan asılı olan `Bakı`nın `Qəbələ`ylə oyunu haqda. Yəqin ki, çoxları Vinfrid Şeferin heç də yaxşı günlərini yaşamayan komandasından Qəbələdən qələbəylə dönməyi gözləmirdi. Axı rəqib, 11 oyunluq quru seriyası ötən tur qırılan, 12 oyun idi məğlubiyyət tanımayan Toni Adamsın yetirmələri idi. Amma gözlənilənlərin əksi, fasilədən sonra Jabanın yeganə qoluyla hesabı açan paytaxt təmsilçisi Bakıya çox sərfəli nəticəylə dönməyi bacardı. Bu qələbə “zolaqlılar”ın ölmək üzrə olan ümidlərini xeyli artırdı və hər şey gələn il baş tutacaq təsnifat mərhələsinin son 3 turunda aydınlaşacaq.
 
Premyer Liqa
19-cu tur
23 dekabr (cümə axşamı)
 
QƏBƏLƏ - BAKI - 0:1 (0:0)
MUĞAN - AZAL - 3:1 (1:1)
SİMURQ - MOİK - 1:1 (0:0)
NEFTÇİ - TURAN - 2:0 (2:0)
İNTER - GƏNCƏ - 1:0 (0:0)
XƏZƏR LƏNKƏRAN - QARABAĞ - 1:2
 
1
Neftçi
19
12
5
2
36-9
41
2
XL
19
12
4
3
23-10
40
3
AZAL
19
9
7
3
26-14
34
4
İnter
19
10
4
5
17-13
34
5
Qarabağ
19
10
3
6
21-13
33
6
Qəbələ
19
8
6
5
19-10
30
7
Bakı
19
8
4
7
26-20
28
8
Gəncə
19
5
7
7
23-26
22
9
Muğan
19
5
5
9
11-22
20
10
Turan
19
2
6
11
14-29
12
11
Simurq
19
2
6
11
12-28
12
12
MOİK
19
1
3
15
6-40
6
 
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 15, Junivan Suares (Gəncə), Qvidas Yuşka (AZAL) - 9, Deon Barton (Qəbələ) - 7.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.