24 dekabr 2010 00:24
`Inter`in yarımmüdafiəçisi ölkəsində ilin futbolçusu seçildi
`Inter`in yarımmüdafiəçisi ölkəsində 2010-cu ilin ən yaxşı futbolçusu seçilib. Azerisport.az xəbər verir ki, söhbət İtaliya çempionu Deyan Stankoviçdən gedir.
Artıq uzun illərdi Milan təmsilçisinin şərəfini qoruyan oyunçunun klubuyla uğurlu il keçirməsi, çoxsaylı titullar qazanması Serbiyada da cavabsız qalmayıb. Nəticədə həmyerliləri təcrübəli yarımmüdafiəçini növbəti dəfə ölkəsinin ən yaxşısı seçiblər.
Qeyd edək ki, Stankoviç bu mükafata ilk dəfə sabib çıxmır. Deyan 2006-cı ildə də Serbiyanın ən yaxşı futbolçusu seçilmişdi. O, bu il, klubuyla birgə İtaliya çempionluğunu, kubokunu, superkubokunu, Çempionlar Liqasını və klublararası dünya çempionatını qalib başa vurub.
