25 dekabr 2010 13:24
`Bakı`dan gedəcək futbolçuların adları sabah bilinəcək
`Bakı` bir neçə oyunçusuyla yollarını ayırmağa hazırlaşır. Azerisport.az saytına açıqlamasında paytaxt klubunun baş meneceri Zeynal Məmmədov məlumat verib:
“Bir sıra oyunçular bizim ümidlərimizi doğrultmadılar. Biz heyəti gücləndirmək istəyirik. Ona görə eyni zamanda bəzi oyunçuların yola salınması lazım gələcək. Onların adları bazar günü bilinəcək. Baş məşqçi Vinfrid Şeferlə həmin gün görüşüb, bütün bu məsələlərlə bağlı yekun qərarımızı verəcəyik”.
