25 dekabr 2010 16:36
Naci Şensoyun baş məşqçi kimi təsdiqlənəcəyi tarix müəyyənləşdi
Məlum olduğu kimi, `Turan` baş məşqçi postuna yenidən keçmiş çalışdırıcısı Naci Şensoyu gətirir. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis Tovuz klubunun yeni çalışdırıcısı kimi ictimaiyyətə bazar ertəsi tanıdılacaq.
Elə həmin günkü tədbirdə tərəflər arasında müqavilə imzalanacaq və Şensoyun jurnalistlər üçün mətbuat konfransı keçiriləcək. Üçüncü dəfə `Turan`ın baş məşqçisi olmağa qərar verən bu mütəxəssislə yarım illik müqavilə imzalanacaq.
