25 dekabr 2010 17:29
Milli komandamızın üzvü `Fenerbahçe`də
Türkiyənin `Fenerbahçe` klubunun baş meneceri Serkan Acardan `Neftçi` PFK-nın prezidenti Sadıq Sadıqovun adına məktub daxil olub. Azerisprot.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, məktubda flaqmanın futbolçusu Amit Quluzadənin `Fenerbahçe` futbol klubuna rəsmən dəvət olunduğu bildirilir.
Milli komandamızın da şərəfini qoruyan Quluzadə `Fenerbahçe`nin yanvar ayında keçiriləcək təlim-məşq toplanışına dəvət olunub.
